ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
İsrail ordusuna Qəzza şəhərini tamamilə ələ keçirmək üçün bir neçə ay lazımdır.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin deyib.
“Bütün şəhəri ələ keçirmək və terror infrastrukturunu təmizləmək üçün bir neçə ay lazım olacaq. İsrailin siyasi rəhbərliyinin əmrlərinə uyğun olaraq, ordu hərbi əməliyyatın növbəti mərhələsini həyata keçirməyə başlayıb. Əməliyyatın məqsədi girovların geri qaytarılması və Qəzza şəhərində HƏMAS-ı məğlub etməkdir. Hazırda Qəzzada İsrail Müdafiə Qüvvələrinin üç bölməsi fəaliyyət göstərir”, – Defrin vurğulayıb.
Bu arada ABŞ prezidenti Donald Trampın İsrailin Qəzza şəhərinə qurudan hücumunu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala general belə cavab verib: “Bu barədə çox məlumatım yoxdur.”
Xatırladaq ki, daha öncə İsrailin baş naziri Benyamin Netanyahu İsrail Silahlı Qüvvələrinin Qəzza şəhərində intensiv hücum əməliyyatına başladığını təsdiqləyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.