İtaliyanın “Milan” və “İnter” klubların “San Siro” stadionunun alınması ilə bağlı razılığa gəliblər.
“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milan meri Cuzeppe Sala açıqlama verib.
O, klublarla razılığın əldə olunduğunu bildirib:
“Arenanı satmaq üçün şəhər şurasına gedəcəyik. Yeni stadion 2031-ci ilədək hazır olmalıdır. Çünki UEFA bizə deyir ki, “San Siro” qorunub saxlanılsa, Milan şəhəri AVRO-2032-dən kənarda qalacaq”.
Qeyd edək ki, 2032-ci ildəki Avropa çempionatı İtaliya və Türkiyədə keçiriləcək.
“Cebheinfo.az”