AZ

Çin İrəvanda Konfutsi Universiteti açacaq

BAKI, 16 sentyabr. TELEQRAF

İrəvanda Çin dili və mədəniyyətinin öyrənilməsi, eləcə də Ermənistan və Çin arasında akademik və iqtisadi əlaqələrin inkişafı üzrə ixtisaslaşan Konfutsi Universitetinin açılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, müvafiq niyyət memorandumu Ermənistan Mədəniyyət Universitetinin rektoru Tatevik Kyureqyan və Çin Tiencin Ticarət Universitetinin vitse-rektoru Qui Qian tərəfindən imzalanıb.

Tərəflər bildiriblər ki, akademik proqramların və mübadilələrin genişləndirilməsi təkcə mədəni dialoqu təşviq etməyəcək, həm də iki ölkə arasında strateji əlaqələri gücləndirəcək.

Məlumata görə, mmövcud proqramlar çərçivəsində Tiencin Universiteti xarici tələbələrə qismən və ya tam təqaüd verən tədris və mübadilə layihələrini həyata keçirir.

“Dövlətlərarası münasibətlərin möhkəmlənməsi rəsmi razılaşmalara əsaslanır: Ermənistan və Çin artıq əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar”, - məlumatda qeyd edilib.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr