Paytaxtda avtobus sürücüsü ilə sərnişin arasında insident yaşanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Xəsarət alan "Azlənd" MMC-yə məxsus 49 nömrəli avtobusun sürücüsü Kamran Qafarov "Xəzər Xəbər"ə bildirib ki, yaranan münaqişəyə səbəb sərnişinin avtobusa arxa qapıdan daxil olması olub.
Sürücü bildirir ki, həmin şəxs onu döydükdən sonra avtobusun düyməsini basaraq qapını açmaq istəyib. Sürücü onun qaçmasına mane olmağa çalışdıqda isə yenidən baş və kürək nahiyəsinə yumruq zərbələri endirib. Bu dəfə isə avtobusdakı sərnişinlər onları ayırmağa çalışdıqları üçün həmin şəxsin qaçmasına şərait yaradıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, baş verən insidentlə bağlı Nizami rayon polis idarəsinin 23-cü polis bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb. Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.