AZ

Yeməkdən doymamaq hissi nə ilə bağlıdır?

Bəzi insanlar toxluq hissini hiss etmir. O insanlar nə qədər yesələr də, elə yemək istəyir.

Dietoloq Leyla Sariyeva Hit.az-a  deyib ki, həddindən artıq yemək istəyinin bir sıra səbəblərdən - quru yemək və maye qidadan qaçmaq, yuxu, istirahət və qidalanma rejiminin olmaması, uşaqlıqdan gələn həddindən artıq qida istehlakı ilə bağlıdır:

“Gün ərzində kifayət qədər su içmək qəbul edilən qidanın həcminin azalmasına və normallaşmasına gətirib çıxarır. Qidanı elə dərəcədə diqqətlə çeynəməyə çalışmaq vacibdir ki, o, hələ ağız boşluğunda "maye" forma alsın və əvvəlcədən onun dadını hiss etmədən dərhal udmağa can atmamaq. Yemək üçün ən azı 30 dəqiqə ayırmaq lazımdır”.

Sevinc

Seçilən
11
hit.az

1Mənbələr