Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” klubu ilə keçirəcəyi oyunları idarə edəcək hakimlərin adları açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, görüşləri litvalı referilər – Karolis Lukosevisius və Tadas Virkutis idarə edəcəklər.
Qarşılaşmalar oktyabrın 4-5-də Kornoyburq şəhərində yerləşən Frans Quggenberger İdman Zalında keçiriləcək.