AZ

Günəş küləyinin sürəti ekstrimal səviyyəyə çatıb - maqnit qasırğaları gözlənilir

Bakı. Trend:

Günəş küləyinin günün əvvəlindən qeydə alınan sürəti 750km/saatı ötüb ki, bu isə ekstrimal göstərici hesab olunur.

Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlarİnstitutunun Günəş astronomiyası laboratoriyasının mətbuat xidmətiməlumat yayıb.

Lakin laboratoriyanın tədqiqatçılarına görə, bu hadisə Yerüzərində ciddi nəticələrə səbəb olmayıb, çünki günəş küləyininsürəti artsa da, onun maqnit sahəsinin enerjisi kəskin şəkildəazalıb və bu da maqnitosferə təzyiqi zəiflədib.

Bunun fonunda səhər saatlarında Yer üzərində yeni G1 (zəif)səviyyəli maqnit qasırğası qeydə alınıb. O, geomaqnitaktivliyindəki qısa fasilədən sonra Bakı vaxtı ilə 04:00–07:00aralığında baş verib.

Alimlərin qeyd etdiyinə görə, planet dəyişmiş planetlərarasımühit

parametrləri ilə qeyri-sabit tarazlığa çatıb. Əvvəllər qeydəalınmış G3 səviyyəli daha güclü pozuntulardan fərqli olaraq, budəfə Yerin maqnit sahəsinin reaksiyası zəif olub.

Yaxın iki-üç gün ərzində mövcud vəziyyətin davam edəcəyi –ayrı-ayrı zəif və orta güclü qasırğaların sakit dövrlərləəvəzlənəcəyi gözlənilir.

Məqalədə:
Seçilən
15
3
az.trend.az

4Mənbələr