AZ

Quterreş: BMT Baş Assambleyası xal toplamaq yeri deyil, problemlərin həlli üçündür

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində dünya liderlərini məsuliyyətli olmağa və real addımlar atmağa çağırıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Yüksək Səviyyəli Debatlarla bağlı mətbuat konfransında deyib. A.Quterreş bildirib ki, qlobal parçalanmalar, münaqişələr və böhranlar beynəlxalq əməkdaşlıq prinsiplərini son onilliklərin ən kövrək vəziyyətinə gətirib çıxarıb. “Bəziləri bu sessiyanı diplomatiyanın “Dünya kuboku” adlandırır. Ancaq burada xal toplamaqdan söhbət gedə bilməz. Bu, problemlərin həlli ilə bağlı olmalıdır. Həddən artıq çox məsələ var”, – deyə Baş katib vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
azertag.az

3Mənbələr