Bloger Nicat Şakirlinin (Nikosayağı) “İnstagram” səhifəsində uzun müddət sonra paylaşım edilib.
Busaat.az xəbər verir ki, onun sosial media hesabının “hekayələr” bölməsində video yayımlanıb.
Blogerin bu paylaşımı sosial media istifafəçilərinin diqqətindən yayınmayıb.
Xatırladaq ki, Nicat Şakirli 2023-cü ildə ağır qəza törədib. Qəza nəticəsində blogerin dostu dünyasını dəyişib, özünün isə sağ qolu dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməklə 5 il müddətində azadlıqdan məhrum edilib.
Əli Hacı