AZ

ADAU bu şirkətlə müqavilə bağladı vergi borcu var + FOTOFAKT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “Tim Consulting” MMC ilə “Rəqəmsal Elektron Universitet modelinin qurulması” xidmətinin satınalınması üçün müqavilə imzalayıb.

Müqavilənin məbləği 36 min manat təşkil edir.

Hurriyyet.Az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin vergi borcu mövcuddur. Belə ki, “Tim Consulting” MMC-nin dövlətə 36 493,66 manat həcmində vergi borcu var.

Şirkətin qanuni təmsilçisi Teymur Hacıyev Hidayət oğlu, nizamnamə kapitalı isə cəmi 10 manat göstərilir.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovdur.

Ayaz 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr