AZ

Fransa çalxalanma astanasında

Fransa yeni kütləvi etiraz aksiyasına hazırlaşır. Daxili İşlər Nazirliyinin Fransa Televiziyasına verdiyi məlumata görə, sentyabrın 18-də ölkə üzrə genişmiqyaslı tətillər və nümayişlər keçiriləcək.

Publika.az nazirliyin açıqlamasına istinadla xəbər verir ki, aksiyalarda 350 mindən 500 minədək insanın iştirakı gözlənilir. Bu, ötən həftə keçirilən “Hər şeyi bloklayaq” aksiyasından iki dəfə çoxdur.

Tətil səbəbindən nəqliyyat sistemində ciddi çətinliklər gözlənilir. SNCF (dəmiryolu şirkəti), RATP (Paris nəqliyyatı) və Air France əməkdaşlarının əksəriyyəti işə çıxmayacaq. Elektrik və qaz təchizatı sahəsində də tətil çağırışları edilib. Təhsil və səhiyyə müəssisələrinin fəaliyyətinə təsir göstəriləcəyi, əczaxanaların bağlanacağı, fizioterapevtlərin isə xidmətlərinin qiymətləndirilməsini tələb etdiyi açıqlanıb.

Hökumət narahatdır: nəzarətsiz aksiyalar və qarşıdurmaların baş verməsi istisna olunmur. Bu səbəbdən təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Seçilən
0
18
publika.az

10Mənbələr