Tailandın Phuket adasında dəhşətli faciə baş verib.
Publika.az xəbər verir ki, gənc ata canlı yayımda 11 aylıq qızının həyatına son qoyub, sonra intihar edib.
Dəhşətli cinayət kişi ilə arvadı arasında yaranan mübahisədən sonra tərk edilmiş oteldə baş verib.
Hadisə ilə bağlı şok görüntülər silinməzdən əvvəl demək olar ki, bir gün ərzində ictimaiyyətə açıq olub. Kadrlarda onun öz uşağına qarşı cinayət törətdiyi əks olunur.
Qızın anası, 21 yaşlı Çiranut Trairat, platformanı və ya videonu yayan insanları günahlandırmadığını söyləyib. Qadın ərinin zorakılıq tarixinin olduğunu və əvvəllər həbs cəzası çəkdiyini deyib.
Tayland polisi ölkədə ilk dəfə canlı yayımlanan qətl hadisəsi olduğunu təsdiqləyib. Video qısa müddət ərzində digər onlayn platformalarda da yayılıb, lakin tez bir zamanda silinib.