AZ

Avropa İttifaqı İsrailin nazirlərinə qarşı sanksiyalar planlaşdırır

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı İsrailin nazirlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

AzPost bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında deyib.

“İsrailin Qəzzaya quru əməliyyatı onsuz da ağır olan vəziyyəti daha da pisləşdirəcək. Daha çox ölümə, daha çox dağıntıya və daha çox insanın didərgin düşməsinə səbəb olacaq. Sabah Avropa Komissiyası İsrail hökumətini Qəzzada izlədiyi siyasəti dəyişməyə vadar etmək üçün bir sıra tədbirlər təqdim edəcək”, – Kallas bildirib.

Sabah Avropa Komissiyası Qəzzada müharibənin gedişatını dəyişdirmək üçün İsrail hökumətinə təzyiq göstərmək üçün tədbirlər təqdim edəcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azpost.info

2Mənbələr