AZ

Niyə daha çox yaşlı insanlar yıxıldıqdan sonra ölür? MARAQLI FAKT

Yaşlı insanların düşmədən ölmə nisbəti son illərdə kəskin artıb. ABŞ-da 65 yaşdan yuxarı 41.000-dən çox insan yıxılmadan ölüb, 85 yaşdan yuxarılar isə ən yüksək risk qrupunu təşkil edir.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərindən biri kimi qəbul etdikləri dərmanların (opioidlər, benzodiazepinlər, antidepresanlar) artan istifadəsini göstərir. Bu dərmanlar yuxululuq və başgicəllənmə yaradır, nəticədə düşmə riski yüksəlir. Eyni zamanda, yaşlıların fiziki zəifliyi, görmə qabiliyyətinin pisləşməsi və evdəki təhlükələr də rol oynayır.

Geriatrik mütəxəssislər, potensial zərərli dərmanların dayandırılması və ya dozasının azaldılmasını tövsiyə edirlər. Alternativ tədbirlər arasında fiziki terapiya, məşq və psixoloji dəstək yer alır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr