AZ

“Azərişığ”ın təşkil etdiyi yarışların növbəti finalçısı bəlli oldu Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları” davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə komandalar Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksində bilik, bacarıqlarını sınayıblar.

Yarışların 6-cı regional turunun açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək komandalara uğurlar arzulayıb. Bildirib ki, bu yarışların keçirilməsində məqsəd mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual hissədə Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 8 komanda – “Ağcabədi Elektrik Şəbəkəsi (EŞ)”, “Ağdam EŞ”, “Ağsu EŞ”, “Beyləqan EŞ”, “Füzuli EŞ”, “İmişli EŞ”, “Kürdəmir EŞ”, “Zərdab EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən Aran RETSİ üzrə keçirilən regional turun qalibi “Ağsu EŞ” olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
49
qafqazinfo.az

10Mənbələr