AZ

“Verstappen açıq ürəkli və köməksevər insandır”

Formula 1-in debütantı, “Kik-Zauber” komandasında çıxış edən braziliyalı sürücü Qabriel Bortoleto dörd dəfə dünya çempionu və “Red Bull”un sürücüsü Maks Verstappen haqqında yüksək fikirlər söyləyib.

90deqiqe.Az xəbər verir ki, "Sportskeeda" Bortoletonun fikirlərini belə çatdırıb:

“Onun davranışı çox səmimidir. Heç bir saxtakarlıq yoxdur. Kamera qarşısında və gündəlik həyatda davranışı tamamilə eynidir. Bəzi insanlar onun yaxşı tərəflərini görmürlər və bəlkə də onun dürüstlüyü səbəbindən onu sərt hesab edirlər. Amma belə deyil. O, açıq ürəkli və insanlara kömək etməyi sevən biridir. Mənə də kömək göstərib. O, sadəcə kim olduğunu açıq göstərən bir insandır”

Seçilən
45
90deqiqe.az

1Mənbələr