AZ

Təmraz Tağıyev: “Bəzi hallarda qanunlarda tətbiq edilən məhdudiyyətlər bələdiyyə sədrlərinin fəaliyyətinə ciddi təsir göstərir”

"Qanunvericilikdə vaxtaşarı edilən düzəliş və dəyişikliklər nəticə etibarı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə və büdcə gəlirlərinin artımına səbəb olub” -bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib. 

Sədr çıxışında qeyd edib ki, bəzi hallarda qanunlarda tətbiq edilən məhdudiyyətlər bələdiyyə sədrlərinin fəaliyyətinə ciddi təsir göstərir, ən əsası sakini bələdiyyədən narazı salır. Ciddi şəkildə maddi dəstəyə ehtiyacı olan vətəndaşa məhz bu məqamda operativ şəkildə bələdiyyə tərəfindən dəstək göstərməsi mümkün olmur. Odur ki, bu gün bu məsələdə mövcud normativ hüquqi sənədlərə düzəliş edilməsi zəruriəti yaranıb. 

Bələdiyyənin büdcə gəlirlərinin artması istiqamətində Adminstrasiyanın müavfiq sektorunun dəstəyi ilə BAMS proqramı təkmilləşdirilıb. Bu gün BAMS proqramında tətbiq edilən yeniliklər sayəsində büdcə gəlirlərində 25 fazilik artım olub. 

Bununla yanaşı fiziki və hüquqi şəxslərə tətbiq edilən əmsalların 20 il ərzində dəyişdirilməməsi, bəzi hallarda eyni tutulması bələdiyyənin büdcə gəlirlərinə də ciddi şəkildə öz təsiri göstərməkdədir. Odur ki, qaldırılan məsələlərin gündəmdə saxlanılması və məqamı gəldikcə dəyişdirilməsinə ehtiyac vardır.

Seçilən
35
sabahinfo.az

1Mənbələr