AZ

Türkiyə və Ermənistan razılığa gəldi: İllər sonra bu, baş verəcək

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan və Türkiyə Axuryan çayı üzərində yerləşən və tarixi “İpək Yolu” marşrutunun mühüm hissəsi sayılan Ani körpüsünün birgə bərpası barədə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Ermenihaber” nəşri məlumat yayıb.

Qərar sentyabrın 12-də İrəvanda baş tutan altıncı görüşdə qəbul olunub. Görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr — Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin xüsusi elçisi Serdar Kılıç iştirak ediblər.

Danışıqlardan sonra hər iki ölkənin Xarici İşlər Nazirlikləri ortaq bəyanat yayaraq Ani körpüsünün bərpasının tarixi və mədəni irsin qorunması, həmçinin regionda etimad mühitinin gücləndirilməsi baxımından əhəmiyyətli addım olduğunu vurğulayıblar.

Xatırladaq ki, Ani körpüsü orta əsrlərdə mühüm ticarət və əlaqə yolu üzərində salınıb. Körpü uzun müddət istifadəsiz qaldığından dağıntıya uğrayıb və hazırda yalnız qalıqları mövcuddur.

Tahir Turan

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
globalinfo.az

2Mənbələr