Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət millimiz ilk yoxlama oyununa çıxıb.
"Football-plus.az_ xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta