Müəllif: Tamara Mustafayeva, Banco.az
"Tesla"nın ən çox satılan modelinə istintaq başladılıb.
Banco.azxəbər verir ki, İlon Maskın təsisçisi olduğu Amerika elektrikli avtomobil şirkəti “Tesla”nın ən çox satılan modelinin problemi nasaz qapı tutacaqları ilə bağlıdır. ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) “Tesla”nın Model Y SUV-larında bəzi hallarda qapı tutacaqlarının işləmədiyi iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Avtomobillərinə minə bilməyən doqquz avtomobil sahibindən daxil olan şikayətlərdən sonra araşdırmanın açıldığı bildirilib. Hesabatda ən çox rast gəlinən halın avtomobildən düşüb uşaqlarını götürmək üçün arxa qapını aça bilməyən valideynlər olduğu qeyd olunur. Bu hallardan dördündə avtomobil sahibləri yenidən maşına daxil ola bilmək üçün şüşəni sındırmaq məcburiyyətində qalıb.
Hesabatda qeyd olunur ki, qapı tutacaqlarındakı nasazlıq səbəbindən qəza anında sərnişinlər avtomobilin içində qala bilərlər.
Araşdırma xəbəri “Tesla” sahibləri və sərnişinlərin qəzalardan sonra avtomobilin içində qapalı qaldığı bir sıra hadisələrlə bağlı xəbərlərin dərcindən bir neçə gün sonra gəldi. Təhlükəsizlik riski müəyyən olunarsa, geri çağırma prosesinə başlanacağı ehtimal edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!