AZ

İsveçli nazirin oğlu ilə bağlı qalmaqal böyüyür

İsveçin müxalifət partiyaları olan Solçular, Sosial-demokratlar və Yaşıllar Partiyası ölkənin miqrasiya naziri Yoxan Forssellin parlamentin sosial təminat komitəsinə çağırılmasını tələb ediblər. Buna səbəb onun oğlunun ifrat sağçı və nasist təşkilatlarında iştirak etməsi barədə məlumatların üzə çıxmasıdır.

"Unikal" xəbər verir ki, lakin Tidö partiyaları və ultrasağçı millətçi “İsveç Demokratları” partiyası bu tələbi rədd edərək məsələnin sırf şəxsi xarakter daşıdığını və nazirin vəzifə borcları ilə əlaqədar olmadığını bildiriblər.

Müxalifət isə cavab olaraq qeyd edib ki, indiyədək heç vaxt hansısa şəxsin komitəyə dəvət olunması ilə bağlı sorğunun rədd olunması halı baş verməyib və hesab edirlər ki, nazirin oğlunun fəaliyyətindən xəbərdar olub-olmaması ilə bağlı sual cavabsız qalmış olur.

“Nazirin Riksdaka gəlməkdən imtina etməsi sadəcə şübhələri artırır”, - deyə deputat Toni Xaddu bildirib.

Komitənin sədri Viktor Vernik isə bəyan edib ki, müxalifət yetkinlik yaşına çatmayan uşağı siyasi məqsədlər üçün istifadə etməklə “ədəbsizlik” (və ya həddi aşıb da yazmaq olar) edir.

Qalmaqal bu yay başlanıb. Belə ki, “Expo” nəşrinin yazdığına görə, nazirin oğlu anonim sosial şəbəkə hesabları vasitəsilə insanları “ağ üstünlüyü” ideologiyasına əsaslanan təşkilatlara cəlb etməyə çalışıb və “Aktivklubb Sverige” (“İsveç Aktiv Klubu”) və “Det fria Sverige” (“Azad İsveç”) kimi neonasist qrupların fəaliyyətində iştirak edib.

Seçilən
13
unikal.az

1Mənbələr