AZ

Tramp: "TikTok"un satışı ilə bağlı razılığa gəldik

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp “TikTok”un alınması ilə bağlı Çinlə razılığa gəldiklərini və bir qrup böyük şirkətin “TikTok”u almaq istədiyini açıqlayıb.

Banco.azxəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya edəcəyi rəsmi səfər üçün Ağ Evdən ayrılarkən jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.

Tramp Çində yerləşən sosial media platforması "TikTok"un ABŞ-lı şirkətlər tərəfindən alınması prosesində sona gəldiklərini, “TikTok mövzusunda bir anlaşmaya vardıq. Çin ilə bir razılaşma etdik. Cümə günü Çin Xalq Respublikasının Sədri Si ilə görüşərək hər şeyi dəqiqləşdirəcəyəm. Yaxşı bir anlaşma etdik və ümid edirəm ki, hər iki ölkə üçün də faydalı olar” sözləri ilə elan edib.

Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə 19 sentyabr cümə günü görüşəcəyini və "TikTok" razılaşmasının yekunlaşdırılacağını bildirib: “TikTok”u almaq istəyən böyük şirkətlərdən ibarət bir qrup var, alıcıları tezliklə açıqlayacağıq”.

ABŞ Maliyyə naziri Skott Bessent isə Çin ilə "TikTok" mövzusunda çərçivə razılaşmasına gəldiklərini, bunun ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə təsdiqlənməli olduğunu bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
48
banco.az

1Mənbələr