AZ

Kredit borcu olan şəxslərin nəzərinə

Kredit götürən şəxsin vəfatı zamanı borcun kim tərəfindən ödəniləcəyi sualı tez-tez müzakirə olunur. Çox vaxt kredit rəsmiləşdirilərkən zamin tələb olunur. Bəs borcalan vəfat etdikdə borcu zamin ödəməlidir?

İqtisadçı Ruslan Atakişiyev Metbuat.Az-a açıqlamasında bildirib ki, kredit götürən şəxs vəfat etdikdə borcun qaytarılması məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında” Qanun və bankların daxili qaydaları ilə tənzimlənir. Mülki Məcəlləyə əsasən, miras açıldıqda miras qoyanın hüquq və vəzifələri varislərə keçir:

“Yəni əgər borcalan vəfat edirsə, onun öhdəlikləri də varislərə keçir və kredit verən bu borcu onlardan tələb edə bilər. Əgər borcalanın zamini varsa, öhdəlik zaminin üzərinə də keçə bilər və bank zaminə müraciət edərək borcun ödənilməsini tələb edə bilər. Bu məsələ ilə bağlı mübahisə yaranarsa, tərəflər məhkəməyə müraciət edə bilərlər”.

R.Atakişiyev qeyd edib ki, borcalanın varisləri varsa, onların qəbul etdikləri miras əmlakının dəyəri həddində borc ödənilir. Əgər əmlak yoxdursa və ya varis mirası qəbul etmirsə, borc onların üzərinə keçmir:

“Bəzi hallarda həyat sığortası müqaviləsi bağlanır və borcalan vəfat etdikdə həmin sığorta məbləği kreditin bağlanmasına yönəldilir. Lakin tərəflər arasında mübahisə yaranarsa və ya iddia qaldırılarsa, bütün bu məsələlər qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur”.

 

Sevinc İbrahimzadə

Seçilən
12
2
hurriyyet.az

3Mənbələr