AZ

Lionel Messinin 2004/05 mövsümünə aid kartı rekord qiymətə satıldı - FOTO

İdman kartlarının satışı ilə məşğul olan bir platformada “Barselona”nın gənc ulduzu Lionel Messinin 2004/05 mövsümünə aid rookie kartı 1,5 milyon ABŞ dollarına satılıb.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, bu, belə məhsullar üçün rekord məbləğdir.

Kart bir neçə sertifikatla təqdim olunur: Mike Baker Authenticated Diamond, PSA, Beckett Grading Services və Sportscard Guaranty Corporation, kolleksiyaçılıqda bu, elit statusun göstəricisi sayılır.

Qeyd edək ki, həmin mövsümdə hazırda MLS-də “İnter Mayami” klubunda çıxış edən 38 yaşlı Messi ilk dəfə “Barselona”nın əsas komandasında oynayıb və ona həmin vaxt 17 yaş var idi.

Seçilən
51
90deqiqe.az

1Mənbələr