AZ

ABŞ sənaye istehsalında artım qeydə alınıb

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Mərkəzi Bankı (Fed) avqust ayına dair sənaye istehsalı və potensialdan istifadə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, ölkədə sənaye istehsalı avqust ayında əvvəlki ayla müqayisədə 0,1 faiz artıb.

Bazar gözləntiləri isə sənaye istehsalının həmin dövrdə 0,1 faiz azalması istiqamətində idi.

Gözləntilərin əksinə artım göstərən sənaye istehsalı iyulda 0,4 faiz azalmışdı.

Sənaye istehsalı avqustda illik əsasda isə 0,9 faiz artıb.

Emal sənayesi istehsalı da avqust ayında 0,2 faiz yüksəlib.

Bazar proqnozları emal sənayesi istehsalının 0,2 faiz azalacağı istiqamətində idi. Emal sənayesi istehsalı iyulda 0,1 faiz geriləmişdi.

Ölkədə potensialdan istifadə nisbəti isə eyni dövrdə dəyişməyərək 77,4 faiz olub və bazar gözləntilərinə uyğun nəticələnib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
banco.az

2Mənbələr