“Red Bull”un avtomobil idmanı üzrə müşaviri Helmut Marko Avstriya komandasında Laurent Mekisin rəhbər təyin olunmasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sportskeeda" Markonun fikirlərini belə çatdırıb:
“[Mekis rəhbər təyin olunandan sonra] bütün texniki heyət ‘Red Bull’da aktual məsələləri daha açıq şəkildə müzakirə etməyə başladı. Laurentin təyinatı doğru qərar oldu. Formula 1-in mürəkkəbliyini nəzərə alsaq, komandada yüksək səviyyəli texniki mütəxəssisin olması ən yaxşı nəticədir.
İndi bütün proseslər texniki baxımdan daha strukturlaşdırılıb. Hər şey koordinasiyalı işləyirsə və pilot prosesə cəlb olunubsa, nəticələr görünür. Maşında böyük dəyişikliklər olmayıb, amma belə səviyyədə koordinasiya sayəsində uğurlar əldə edə bilirik”