AZ

Gürcüstanda “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun sərtləşdirilir

Gürcüstan parlamentində korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni qanun layihəsi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentdə keçirilən brifinqdə parlament çoxluğunun lideri, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası fraksiyasının sədri İrakli Kirtsxaliya bildirib.

O qeyd edib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Gürcüstan Qanununa dəyişikliklər olunacaq.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, dövlət məmurları, siyasətçilər və dövlət müəssisələrində çalışan şəxslər barəsində Gürcüstan Cinayət Məcəlləsinə uyğun olaraq rəsmi və ya maliyyə xarakterli cinayətlərlə bağlı məhkəmə hökmü qüvvəyə mindiyi təqdirdə, həmin şəxslər 30 il ərzində hər il Korrupsiyaya Qarşı Mübarizə Bürosuna əmlak bəyannaməsi təqdim etməyə məcbur olacaqlar.

“Biz korrupsiyaya qarşı barışmaz mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İnanıram ki, cəmiyyətin dəstəyi ilə dünyanın ən aşağı korrupsiya səviyyəsinə malik ilk üç ölkəsi arasında yer almaq kimi iddialı hədəfimizə mütləq nail olacağıq”, - deyə Kirtsxaliya vurğulayıb".

Seçilən
4
2
yeniazerbaycan.com

3Mənbələr