AZ

Polşa Almaniyadan təzminat tələb edir

Polşa İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan 1,3 trilyon avro həcmində reparasiya tələb edir.

Editor.az xəbər verir ki, bu barədə Almaniyanın Die Welt nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, mövzu Polşa Prezidenti Karol Navrotskinin Almaniyaya səfəri ərəfəsində yenidən gündəmə gətirilib. NATO-nun şərq cinahında Rusiya təhdidlərinin artmasına baxmayaraq, Varşava Berlinlə sıx əməkdaşlığın vacibliyini vurğulasa da, reparasiya məsələsini prinsipial məsələ hesab edir.

“Qonşumuzla münasibətlərin həqiqət və yaxşı niyyət üzərində qurulması üçün biz nəhayət alman dövlətindən reparasiya məsələsini həll etməliyik. Mən, Polşa Prezidenti olaraq, bunu bütün xalqımızın xeyrinə açıq şəkildə tələb edirəm”, — deyə Navrotski İkinci Dünya müharibəsinin başlanmasının ildönümü münasibətilə Qdansk yaxınlığındakı Vesterplatte yarımadasında keçirilən xatirə mərasimində bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr