AZ

Naxçıvan Təhsil Nazirliyinə 307 min manatlıq pərdə, jalüz, xalat və.s alınacaq

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tabeliyində olan müəssisələrin təminatı məqsədilə yumşaq inventar, xüsusi geyimlər və pərdələrin alınması üçün satınalma elan edib.

Satınalmanın ehtimal olunan dəyəri 306.925,90 AZN olaraq göstərilib.

Məlumata görə, alınacaq mallar sırasında açıq rəngli məxmər parça gündəlik pərdələr, müxtəlif ölçülərdə ağ rəngli tüllər və jalüzlər, həmçinin təhsil müəssisələri üçün nəzərdə tutulan uzunqollu xalatlar (44–54 ölçülərdə) və dəsmallar yer alır. Satınalma siyahısında həmçinin Texniki Yaradıcılıq Birliyi, Turist Diyarşünaslıq Mərkəzi və Gözdən əlil uşaqlar üçün məktəbə uyğun pərdə və tüllərin də daxil edildiyi göstərilir. \\32gun.az

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr