AZ

Yeni ildə hansı məhsullar bahalaşa bilər?

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Hər ilin son dövrü və yeni ilin əvvəlində insanları ən çox maraqlandıran məsələlərdən biri də, qiymət artımıdır.

Yeni ildə bahalaşma hansı səviyyədə olacaq?

Bu suala cavab tapmaq üçün tanınmış iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramovla əlaqə saxladıq. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, 2026-cı ildə inflyasiyaya təsir göstərən əsas faktor idxal inflyasiyası olacaq.

"Bu baxımdan məhsulu idxal etdiyimiz ölkələrdə kəskin qiymət artımı baş verməsə, o zaman inflyasiya səviyyəsi nisbətən stabil olacaq.

Amma bütövlükdə 2026-cı ildə bir rəqəmli inflyasiya proqnozlaşdırılır. İstər Mərkəzi Bankın, istərsə də, İqtisadiyyat Nazirliyinin, eləcə də, beynəlxalq təşkilatların Azərbaycanla balıı 2026-cı il üçün proqnozları ondan ibarətdir ki, inflyasiya təkrəqəmli olacaq", - deyə ekspert bildirib.

Ziya SƏCCAD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
baku.ws

2Mənbələr