AZ

Moyze Kinin treki "EA Sports" saundtrekinə daxil edilib

"Fiorentina"nın hücumçusu Moyze Kin sevincək bir səbəbə malikdir: o, nəinki futbol meydançalarında uğur qazanır, həm də musiqi sahəsində mühüm addımlar atır.

90deqiqe.Az-ın məlumatına görə, italyan oyunçu bu sahədə də tədricən tanınmağa başlayıb. Məsələn, onun mart ayında buraxdığı “Bombey” adlı treki böyük populyarlıq qazanıb və hətta "EA Sports FC2026" oyununun rəsmi saundtrekinə daxil edilib. Bu, bir futbolçunun yazdığı mahnının ilk dəfə belə bir şərəfə layiq görülməsidir.

Qeyd edək ki, Moyze Kin 2024-cü ildə “Choosen” adlı albomunu buraxmışdı, lakin bu albom onun son sinqlı qədər populyarlıq qazana bilməmişdi. Hazırda futbolçu “Fiorentina” klubunun şərəfini qoruyur.

 

Seçilən
3
90deqiqe.az

1Mənbələr