AZ

Fransada 800 min nəfərlik kütləvi etiraz gözlənilir

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa yeni kütləvi etiraz aksiyasına hazırlaşır. Daxili İşlər Nazirliyinin Fransa Televiziyasına verdiyi məlumata görə, sentyabrın 18-də ölkə üzrə genişmiqyaslı tətillər və nümayişlər keçiriləcək.

"Unikal" nazirliyin açıqlamasına istinadla xəbər verir ki, aksiyalarda 500 mindən 800 minədək insanın iştirakı gözlənilir. Bu, ötən həftə keçirilən “Hər şeyi bloklayaq” aksiyasından iki dəfə çoxdur.

Tətil səbəbindən nəqliyyat sistemində ciddi çətinliklər gözlənilir. SNCF (dəmiryolu şirkəti), RATP (Paris nəqliyyatı) və Air France əməkdaşlarının əksəriyyəti işə çıxmayacaq. Elektrik və qaz təchizatı sahəsində də tətil çağırışları edilib. Təhsil və səhiyyə müəssisələrinin fəaliyyətinə təsir göstəriləcəyi, əczaxanaların bağlanacağı, fizioterapevtlərin isə xidmətlərinin qiymətləndirilməsini tələb etdiyi açıqlanıb.

Hökumət narahatdır: nəzarətsiz aksiyalar və qarşıdurmaların baş verməsi istisna olunmur. Bu səbəbdən təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Sentyabrın 18-i Fransa üçün ictimai narazılığın simvolik günü ola bilər. Etirazçılar yalnız bir sahənin deyil, bütün vətəndaşların təcili dəyişiklik tələbi ilə küçələrə çıxmağa hazırlaşır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
3
unikal.az

5Mənbələr