ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya göstəriləcək ilk hərbi yardım paketini təsdiqləyib. Yardımın maliyyələşdirilməsi ABŞ-ın NATO-dakı müttəfiqləri tərəfindən həyata keçiriləcək.
Editor.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin mənbələrinin bildirdiyinə görə, sözügedən paket Vaşinqtonun Kiyevə silah tədarükünü yenidən bərpa etməsinin ilk addımıdır. Yeni mexanizm çərçivəsində xərclər ABŞ deyil, alyans üzvləri tərəfindən qarşılanacaq.
Mənbələr yaxın vaxtlarda silahların göndərilə biləcəyini istisna etməyiblər.
//Samir Qurbanov, Editor.az