"Mən Aynişanı çox əziyyətlə böyütmüşəm. Amma onun bundan xəbəri olmayıb. Heç vaxt heç nə bilməyib".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Xəzər axşamı" verilişində bloger qızı Aynişan Quliyeva ilə bağlı danışarkən deyib. Sənətçi bildirib ki, analar övladlarına problemləri hiss etdirməməlidir:
"Aynişan həmişə anasını gülərüz görüb. Analar övlada problemi hiss etdirməməlidir. Tələbələrim də belədir. Onlar heç bir problemi bilmirlər. Qarşılarında dağ kimi dururam, heç ruhları da incimir. Onların haqqıdır ki, bu həyatı gözəl görsünlər".