Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Amerikalı siyasətçi Çarli Kirki güllələyən 22 yaşlı Tayler Robinson qəsdən adam öldürməkdə ittiham olunub.
"Unikal" xəbər verir ki, Yuta ştatında bu, ölüm cəzasını nəzərdə tutur.
Bundan əlavə, əyalət prokuroru Ceff Qrey bildirib ki, qatil həm də qanunsuz silah alveri və ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Qətlin siyasi motivi də ağırlaşdırıcı haldır.
Robinson Yuta həbsxanasında saxlanılacaq. Bundan əvvəl dövlət orqanları cinayətkara ölüm cəzası istəyəcəklərini bildirmişdilər.
Donald Tramp da eyni tədbirin görülməsində israrlıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.