AZ

ABŞ senatından Rusiya ilə bağlı çağırış

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Senatında Rusiyanın “terrorizmin sponsoru dövlət” kimi tanınması ilə bağlı yeni qanun təşəbbüsü irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, Respublikaçı senator Lindsey Graham bu məqsədlə qanun layihəsini Konqresə təqdim edib.

Məsələ ilə bağlı bildiriş Konqresin elektron sistemində yerləşdirilsə də, sənədin tam mətni hələlik açıq bölmədə mövcud deyil.

Nəşrin məlumatına görə, bundan əvvəl həm Respublikaçılardan, həm də Demokratlardan ibarət təşəbbüs qrupu Rusiya və Belarusun “terrorizmin sponsoru dövlət” elan edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzərində işləyirdi.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr