AZ

Yamal Barselona nın ÇL matçını da buraxacaq

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona"nın hücumçusu Lamin Yamal 18 sentyabrda keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Nyukasl"la oyunu buraxacaq. 

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. 

Buna səbəb 18 yaşlı oyunçunun qasıq nahiyəsindəki olan zədəsidir. 

Daha öncə futbolçu 14 sentyabrda La Liqanın 4-cü turunda "Valensiya"ya qarşı (6:0) oyunda iştirak edə bilməyib. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik bildirib ki, Yamal İspaniya milli komandası ilə keçən oyunlar üçün səfərə gedərkən ağrılar hiss edib.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində La Liqada üç oyunda iştirak edib və bu matçlarda iki qol vurub, üç məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
4
qol.az

5Mənbələr