Azərbaycan və Ermənistan arasındakı müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir.
Operativ Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla dostluq münasibətlərini vurğulayıb.
“Azərbaycan və Ermənistan arasındakı müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün əbədi dostluq olaraq qalacaq, amma daha önəmlisi, Amerika Birləşmiş Ştatları üçün əhəmiyyət kəsb edəcək”, – Tramp qeyd edib.