AZ

"Google" yüzlərlə süni intellekt üzrə təlimçini işdən çıxarıb

ABŞ-nin "Google" korporasiyasında süni intellekt məhsullarının qiymətləndirilməsi və təkmilləşdirilməsi üzərində çalışan 200-dən çox işçi xəbərdarlıq edilmədən işdən qovulub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İşçilərin sözlərinə görə, son ixtisarlar onların aşağı maaş və əmək təminatının olmaması kimi problemlərdən yaranan etirazlarını yatırtmaq cəhdləri fonunda baş verir.

Məlumata görə, bu hallar işçilərin əhval-ruhiyyəsinə təsir edib və onların işlərini yaxşı görmək imkanlarını təhlükə altına alıb.

Seçilən
7
5
qaziler.az

6Mənbələr