AZ

Aqressiya və ekstremal idmana maraq kişilərdə depressiyanın simptomu ola bilər

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Kişilərdə depressiya çox vaxt əsəbilik, aqressiya və ekstremal idmana həddindən artıq maraq şəklində gizlənə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə psixoterapevt Yuliya Romanenko gazeta.ru-ya müsahibəsində bildirib.

Romanenko qeyd edib ki, insanlar adətən depressiyadakı şəxsləri apatik, kədərli, zəif və hərəkətsiz təsəvvür edirlər. Lakin kişilər üçün ən ağır hisslərdən biri olan gücsüzlük tarixi olaraq yad və qəbulolunmazdır. Buna görə də onlar kədər və itki duyğularını aqressiya ilə gizlətməyə meyllidirlər. "Qəzəb kədəri və gücsüzlüyü ört-basdır etmək üçün uyğun vasitədir", deyə mütəxəssis vurğulayıb.

Həkimin sözlərinə görə, depressiyanın kişilərdə yaranma səbəblərindən biri daxili böhrandır. Daha əvvəl emosiyalar bəxş edən fəaliyyətlər mənasını itirdikdə həyat darıxdırıcı və monoton görünür. Bu halda ekstremal idman emosiyaları qaytarmaq üçün bir ümidə çevrilə bilər və ilk vaxtlarda həqiqətən işləyir.

Lakin Romanenko xəbərdarlıq edib ki, ekstremal idman depressiya ilə mübarizə üçün ən yaxşı üsul deyil. "Burada söhbət həqiqi emosiyalardan yox, kortizolun yaratdığı ani gərginlikdən gedir. İnsan özünü müvəqqəti stress hesabına daha 'canlı' hiss edir. Əsas məqsəd isə xarici stimullardan asılı olmadan həyatı daha dərin hiss etmək bacarığını inkişaf etdirməkdir", deyə o əlavə edib.

Mütəxəssis bildirib ki, aqressiya yalnız depressiyanın maskası deyil, həm də ondan çıxış yolu ola bilər. Buna görə də əsəb və qəzəbi tamamilə boğmaq düzgün deyil:

"Bu, yaxın insanlara əsəbiləşməyə davam etmək üçün bəraət deyil. Lakin insan başa düşməlidir ki, hansı səbəbdən və hansı vəziyyətlərdə qəzəblənir. Bu halda həmin enerjidən depressiyanı dəf etmək üçün istifadə etmək mümkündür. Bu mərhələdə mütəxəssisə müraciət çox vacibdir".

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr