AZ

2026-cı ilin "iPhone" modelləri: Böyük dəyişikliklər gözlənilir?

"Instant Digital" adlı insayder "Weibo" bloqunda bildirib ki, "iPhone 18" seriyasından ciddi yeniliklər gözləməyə dəyməz. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, yeni modellər yalnız kiçik dəyişikliklərlə çıxacaq və "iPhone 16" ilə "iPhone 15" arasındakı fərqlərə bənzər şəkildə daha çox kosmetik yenilənmə olacaq.

Əvvəllər 2026-cı ilin "Pro" modellərinin ekranaltı kamera ilə gələcəyi barədə söz-söhbətlər dolaşırdı. Lakin son məlumatlara əsasən, bu texnologiya hələ tətbiq edilməyəcək. İstifadəçilərin əldə edəcəyi əsas fərq "Dynamic Island" dizaynının bir qədər kiçilməsi, "Face ID" və ön kameranın isə əvvəlki kimi qalması olacaq.

Əsas dəyişikliklər isə "iPhone"un 20 illik yubileyi ilə bağlı 2027-ci ildə gözlənilir. Həmin vaxt təqdim ediləcək "iPhone 19" seriyası şirkət üçün əsl dönüş nöqtəsi ola bilər.

Digər tərəfdən, 2026-cı ildə "Apple"ın ilk qatlana bilən smartfonunu təqdim edəcəyi gözlənilir. Məlumatlara görə, cihaz müasir "Fold" modellərinə bənzəyəcək, dörd kamera və "Touch ID" ilə təchiz olunacaq, əsas üstünlüyü isə qatlansız ekran olacaq.

Xatırladaq ki, bu ilin "iPhone 17" seriyasına dörd model daxildir: 120 Hz-lik hamarlanmış displeyə malik "iPhone 17", tarixdə ən nazik model "iPhone Air", həmçinin yeni dizayna və narıncı rəng seçiminə sahib "iPhone 17 Pro" və "iPhone 17 Pro Max".

Seçilən
22
1
olke.az

2Mənbələr