AZ

Gürcüstan XİN: Aİ-nin vizasız gediş-gəlişi dayandırmaq üçün əsası yoxdur

Gürcüstan Xarici İşlər naziri Maka Boçorişvili Avropa İttifaqının ölkəsi ilə vizasız rejimi dayandırmaq üçün heç bir hüquqi əsası olmadığını açıqlayıb.

APA xəbər verir ki, nazir bu barədə Gürcüstan İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bu gün vizasız rejimin dayandırılması üçün heç bir hüquqi əsas yoxdur. Gürcüstan hakimiyyəti həmişə və indi də vətəndaşlarımızın bu imkandan yararlanması üçün vicdanla çalışıb. Gürcüstan vətəndaşlarının Avropa İttifaqı və Şengen zonası ölkələrinə vizasız səfər edə bilməsi tamamilə hökumətin nailiyyətidir”, – Boçorişvili bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Aİ-nin Gürcüstana qarşı sanksiyaların tətbiqini, eləcə də vizasız rejimin ləğvini nəzərdən keçirdiyini bildirmişdi.

Seçilən
43
8
apa.az

9Mənbələr