Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlər üçün taksi xidmətinin keyfiyyətini artırmaq məqsədilə yeni smart terminallar quraşdırılıb.
Publika.az "Real" TV-yə istinadən məlumat verir ki, terminal vasitəsilə sərnişinlər həm məlumat ala, həm də taksi sifarişlərini birbaşa həyata keçirə bilirlər.
Hazırda aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Qiymətlər taksometrlə hesablanır və hər hansı dəyişiklik olduqda sərnişinlərə proqram vasitəsilə məlumat verilir.
Qeyd edək ki, yeni qaydalara əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımaları yalnız xüsusi hazırlanan və qanunvericiliyə uyğun taksilər vasitəsilə həyata keçirilir. Hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb və yalnız təlim keçmiş, müasir standartlara cavab verən sürücülər xidmət göstərə bilərlər.