AZ

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya 1979-cu ildə Misirlə imzalanmış sülh müqaviləsi əsasında hazırlanmış yeni bir təhlükəsizlik sazişi təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Bu saziş aşağıdakıları nəzərdə tutur:

Demilitarizasiya zonasının yaradılması,

Dəməşqin cənub-qərbi istiqamətində uçuşların qadağan edilməsi,
 

Əvəzində İsrailin işğal etdiyi Suriyaya məxsus ərazilərin böyük hissəsindən qoşunlarını çıxarması (istisna olaraq Hərmon dağı saxlanılır).


Məlumata görə, danışıqlar ABŞ-nin vasitəçiliyi ilə davam edir və Suriya qarşı təklif hazırlayır.

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr