ain.az bildirir, Konkret.az portalına istinadən.
Günəşdəki böyük tac dəliyinin səbəb olduğu Yerdə maqnit qasırğası səngiyib.
KONKRET.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, Yerin maqnit sahəsinin pozulması bir neçə saat ərzində “sakit” səviyyədə qalıb. Lakin son 24 saat ərzində yalnız zəif maqnit qasırğaları qeydə alınıb.
Bazar ertəsi, sentyabrın 15-də Yer son üç ayda ən güclü maqnit qasırğasına məruz qaldı. Səhər saatlarında maqnit dalğalanma səviyyəsi G3-ə yaxın idi. Lakin, sonradan G2-yə yaxın səviyyəyə qədər azalıb.
Dalğalar planetin böyük tac dəliyi bölgəsinə daxil olması nəticəsində günəş küləyinin sürətinin nəzərəçarpacaq dərəcədə artması fonunda qeydə alınıb. Elm adamları qeyd ediblər ki, hadisə çoxdan proqnozlaşdırılırdı, lakin fırtınanın gücü gözlənilməz oldu və bütün hesablamaları əhəmiyyətli dərəcədə üstələyib. Mütəxəssislər geomaqnit həyəcanının 4-6 gün davam edəcəyini gözləyirdilər.
Dəniz Pənahova
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.