AZ

Meyxanaya pis baxılan Bakı qəsəbəsi

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Mehrəli Asim olub.

Milli.Az xəbər verir ki, proqramda o, Nardaranda meyxanaya münasibətin mənfi olduğunu söyləyib:

"Nardaranda meyxana son 25-30 ildə yayılıb. Bakı kəndləri daha çox muğama üstünlük verirlər. Meyxana burada elit sayılmır. O, ərəb, fars musiqisi ilə yoğrulub. Bununla ağıl inkişaf etməz, millət ucalmaz".

Mehrəli Asim, həmçinin o vaxtların qonşuluq münasibətlərindən danışıb. "Kəndimizdə Ağasalah dayı var idi. Həmişə deyərdi ki, Nardaranda hasarlar 10 ildən bir üç daş yuxarı qalxır. Yəni artıq insanların bir-birlərinə güvənmədiklərini demək istəyirdi. Niyə bir-birimizdən gizlənmək istəyirik? Mən sənin ananı, bacını həyətdə görsəm, nə olar ki?! Vaxt var idi burada insanlar həyətlərini çəpərləyirdilər. Hazırda isə vəziyyət dəyişib. Bütün bunlar dövrümüzdə qonşuların bir-birlərinə etibar etməmələrinin göstəricisidir", − deyə o, sözlərinə əlavə edib.

Milli.Az

Seçilən
1
10
milli.az

10Mənbələr