Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla qələbə qazandıq. SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib: "Futbol elə bir səviyyəyə gəlib çıxıb ki, asan heç nə yoxdur. İlk dəqiqədən oyunçularıma dedim ki, Çempionlar Liqası matçıdır, bundan ləzzət almaq lazımdır. Onlara söylədim ki, səhvlər olacaq, çünki qarşımızdakı güclü komandadır. Öz oyunumuzdan əl çəkməkdik. Riskləri getmək lazım idi. Sadə qollar da buraxa bilərdik. Asan qələbə olmadı. Bu gecə tarixi zəfər bizim qismətimizə yazılmışdı".
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.