AZ

Bruno Laqe: "Həmin iki qol bizi çox incitdi"

"Bu, istədiyimiz nəticə deyildi”.

Publika.az xəbər verir ki, bu sözləri “Benfika”nın baş məşqçisi Bruno Laqe Çempionlar Liqasının ilk turunda “Qarabağ”a məğlub olmaları (2:3) barədə danışarkən deyib.

O, buraxılan ilk topdan sonra narahatlıq keçirdiklərini bildirib:

“Fikrimcə, oyuna çox yaxşı başladıq və 30 dəqiqə çox yaxşı oynadıq. İlk qolu buraxmağımız bizi bir qədər narahat etdi. Bundan sonra buraxdığımız iki qol bizi çox incitdi. İstəmədiyimiz nəticə və heç də xoşbəxt olmayan bir gecə oldu. Komanda ayağa qalxmağı bilməlidir. Meydanda və meydandan kənarda yaşadığımız vəziyyəti dərk etməliyik. Biz mümkün qədər tez toparlanmalıyıq”.

Seçilən
5
50
publika.az

10Mənbələr