AZ

"Benfika"nın baş məşqçisi istefa verəcək? - Özü AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Qarabağ"a qarşı 3:2 hesablı məğlubiyyətin ardından mətbuat konfransında fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, mütəxəssis nəticəni şərh edərkən bildirib:
"Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq və ilk 30 dəqiqə planladığımız kimi oynadıq. Təəssüf ki, erkən qol buraxdıqdan sonra oyunun gedişatında nəzarəti itirdik. İndi komanda bu məğlubiyyətdən sonra toparlanmalıdır".
Portuqaliyalı jurnalistin "Hələ də işinizə davam etmək istəyirsiniz?" sualına isə Laje belə cavab verib:
"Sözlərimi yanlış anlamayın. Siz burada öz işinizi görürsünüz, mən isə öz işimi. Bu gün suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam".
Qeyd edək ki, oyunun final fitindən sonra yerli azarkeşlər Brunu Lajeyə ağ bayraq göstərərək istefa verməsini tələb ediblər.
Seçilən
33
oxu.az

1Mənbələr