AZ

Rövşən Nəcəf və Fərid Qayıbovdan “Qarabağ”a təbrik

AFFA-nın prezidenti Rövşən Nəcəf, həmçinin Gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”a təbrik ünvanlayıblar.

Arena.az xəbər verir ki, onlar Ağdam klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” komandası üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik ediblər.

Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları vurğulayıb:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər!!!”

Fərid Qayıbov möhtəşəm uğur barədə sosial şəbəkə hesabında qısa təbrik yazıb.

“Təbriklər, “Qarabağ”, – deyə nazir təbrik edib.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin 1-ci turunda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşmış “Qarabağ” 0:2 hesabı ilə geridə olduğu matçda 3 qol vuraraq qələbə qazanıb – 3:2. Bu, təmsilçimizin UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbə kimi tarixə düşüb.

error: Məzmun qorunur!
Seçilən
27
13
arena.az

10Mənbələr